Bakıda bıçaqlanma hadisəsi baş verib.
APA-nın məlumatına görə, hadisə Sabunçu rayonu, Bakıxanov qəsəbəsində yerləşən marketlərdən birində qeydə alınıb.
Orada satıcı işləyən, 1980-ci il təvəllüdlü Pərvanə Qurbanova bıçaq xəsarətləri ilə xəstəxanaya yerləşdirilib.
Həyata keçirilən tədbirlər nəticəsində hadisəni törədən, 1982-ci il təvəllüdlü Fariz Məmmədov saxlanılıb.
Faktla bağlı cinayət işi başlanıb, araşdırma aparılır.
.
