
Bakıda qəribə oğurluq hadisəsi baş verib. Yenizaman.az Lent.az-a istinadən xəbər verir ki, Şahlar Allahverdiyev küçəsində (20-ci sahə adlanan ərazi) yaşayan 1986-cı il təvəllüdlü Məmmədova Günel Telman qızı 8-ci Polis Bölməsinə müraciət edib. Qadın qeyd edib ki, evdə olmadığı vaxt naməlum şəxs və ya şəxslər hasardan keçmək üsulu ilə onun evinin həyətinə soxulub və həyətdə əl-üz yumaq üçün nəzərdə tutulmuş yerdəki asılqandan dəyəri 4-5 manat olan dəsmal oğurlanıb.
Müraciət əsasında zəruri araşdırmalar aparılır.
.