
Bakıda quldurluq edən qadınlar tutulub.
ANS PRESS-in Daxili İşlər Nazirliyinin mətbuat xidmətinə istinadən verdiyi məlumata görə, oktyabrın 27-də Nəsimi rayonunun Bülbül prospektində şəxsiyyəti məlum olmayan şəxslər Bakı şəhər sakini Nigar Zərgərlinin çantasını açıq talama yolu ilə almağa cəhd ediblər.
Habelə onlar paytaxt sakini Məhbubə Əliyevanı döyüblər.
Nəsimi Rayon Polis İdarəsi 22-ci bölməsinin əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törətmiş Yevlax rayon sakinləri Rasimə Abdullayeva, Məleykə Bəkirova və Gəncə şəhər sakini Gülnarə Abbasova saxlanılıblar.
Faktla bağlı araşdırma aparılır.
.