Bakı metro stansiyasında intihara cəhd hadisəsi baş verib.
Bu barədə AzNews.az-a "Bakı Metropoliteni” Qapalı Səhmdar Cəmiyyətinin mətbuat xidmətinin rəhbəri Nəsimi Paşayev məlumat verib. Onun sözlərinə görə, hadisə bu gün saat 10:40 radələrində metronun "Ulduz” stansiyasında baş verib:
"1961-ci il təvəllüdlü Kərimova Hüsniyyə özünü qatarın altına atıb və sonra reysin arasında uzanıb. Qatarı saxladılar və qadını oradan çıxardılar. Heç bir xəsarət almamışdı.”
Nəsimi Paşayev intihara cəhdin səbəblərinin məlum olmadığını deyib.
