Sabunçu rayonunda partlayış baş verib. 

Lent.az Daxili İşlər Nazirliyinin saytına istinadən xəbər verir ki, yanvarın 16-da saat 20 radələrində Sabunçu rayonunun Maştağa qəsəbəsində yaşayan Seyidməhərrəm Seyidova məxsus evdə təbii qazın sızmasından partlayış baş verib. 

Nəticədə pəncərə şüşələri sınıb, oradakı əşyalar yanıb, yanıq xəsarəti alan S.Seyidov xəstəxanaya yerləşdirilib.

 

 Araşdırma aparılır.

.