Bakıdakı orta məktəbin yaxınlığında qan tökülüb.

Milli.Az xəbər verir ki, Suraxanı rayonu, Zığ qəsəbəsində yerləşən 317 saylı məktəbin yaxınlığında 17 yaşlı Nihad Abdullayev bıçaqlanıb. Onu 16 yaşında olan tanıdığı şəxs vurub. Hələlik həmin adamın adı açıqlanmır. Suraxanı Rayon Polis İdarəsindən də Milli.Az-a bıçaqlanma ilə bağlı hər hansı açıqlama verilmədi. Cinayəti törədən şəxsin məktəbli olduğu deyilir.

.