Bakıda evində ölü tapılan qadına 43 bıçaq vurulub.
APA TV-nin hadisə yerində olan əməkdaşının məlumatına görə, hadisədən ilk olaraq öldürülən şəxsin qızı xəbər tutub, polisə də o məlumat verib.
İlkin araşdırma zamanı Nəsimi rayonu, Feyzulla Qasımzadə küçəsi 17 ünvanında meyiti tapılan qadının 1960-cı il təvəllüdlü Məryəm Namədzadə olduğu müəyyənləşib.
Hazırda faktla bağlı araşdırmalar davam etdirilir.
Qeyd edək ki, Məryəm Namədzadə Bakıdakı məşhur "Jewellery” zinət əşyaları mağazasının sahibi olub.
***
Bakıda daha bir qətl törədilib.
Nəsimi rayon Polis İdarəsindən APA-ya verilən məlumata görə, rayonun Feyzulla Qasımzadə küçəsi 17 ünvanında yerləşən mənzildə bıçaqla qətlə yetirilmiş qadın meyiti tapılıb.
Hadisə yerinə polis və prokurorluq əməkdaşları çıxıb.
Hazırda faktla bağlı araşdırmalar davam etdirilir.
.
