Bakıda mənzildən 110 min manat dəyərində qızıl-zınət əşyaları oğurlanıb. "Report"un məlumatına görə, hadisə Nəsimi rayonunda baş verib.

Rayonun C.Məmmədquluzadə küçəsindəki evlərdən birində yaşayan 1966-cı il təvəllüdlü B.Məmmədovun mənzilindən açıq pəncərədən keçməklə 3000 ABŞ dollar və 110000 manat dəyərində qızıl-zinət əşyaları oğurlanıb.

Faktla bağlı hüquq-mühafizə orqanlarında araşdırmalar aparılır.
.