Bakının Nizami rayonunda mənzildə bağlı qapı arxasında 1941-ci il təvəllüdlü kişi köməksiz vəziyyətdə qalması barədə Fövqəladə Hallar Nazirliyinin (FHN) "112” qaynar telefon xəttinə məlumat daxil olub. Bizimyol.info FHN-nin saytına istinadən verdiyi xəbərə görə, dərhal xilasetmə qüvvələri hadisə yerinə cəlb olunub. Mənzilə baxış keçirilərkən Salahov Bəxtiyar Fətəli oğlu hamam otağında huşsuz vəziyyətdə aşkarlanıb. Hadisə yerinə çağırılmış Təcili Tibbi Yardım Stansiyasının həkimləri tərəfindən aparılmış ilkin müayinə nəticəsində B.Salahovun vəfat etdiyi müəyyən olunub. Qeyd olunan şəxsin meyiti xilasedicilər tərəfindən aidiyyəti üzrə təhvil verilib.
.