Bakıda mənzildə 4 nəfərin meyitinin tapılması ilə bağlı bəzi detallar məlum olub.

Meyitlər Nərimanov rayonu, Əhməd bəy Ağaoğlu küçəsində yerləşən yataqxana tipli 4 mərtəbəli binanın 1-ci mərtəbəsində mənzildə aşkarlanıb.

Bildirilir ki, orta yaşlı şəxslər rayonlardan Bakıya işləməyə gəliblər. Onlar paytaxtda yerləşən bazarlardan birində fəhlə kimi çalışırmışlar.

Onların bir neçə gün əvvəl öldüyü qeyd olunur.

Meyitlər mənzildən çıxarılıb və ekspertizaya göndərilib.

Araşdırma aparılır. Ölüm səbəbi və ölənlərin kimliyinin müəyyənləşdirilməsi istiqamətində işlər görülür.

***

Bakıda bir mənzildə 4 nəfərin meyiti tapılıb.

Daxili İşlər Nazirliyinin Mətbuat xidmətindən bildirilib ki, Nərimanov rayonunda yerləşən mənzillərdən birinin sahibi polisə zəng edərək kirayəyə verdiyi evin qapısının arxadan bağlı olduğunu, nə qədər döysə də, qapını açan olmadığını bildirib.

Dərhal polis əməkdaşları həmin ünvana gedərək qapını açıblar. Bu zaman mənzildə 4 kişi meyiti aşkar edilib. Onların üzərində zorakılıq əlamətləri müəyyən olunmayıb.

İlkin ehtimala görə, onlar dəm qazından boğulub. Digər ehtimala görə isə həmin şəxslər qidadan zəhərlənərək ölüblər.

.