MDB ölkələri Silahlı Qüvvələri Baş Qərargah rəislərinin iclasının iştirakçıları 2020-ci ilədək olan dövrdə hərbi sahədə qarşılıqlı fəaliyyəti müzakirə ediblər.
Həmçinin HHM sisteminin və vahid radiolokasiya tanıtma sisteminin inkişafı da müzakirə olunub.
"Turan”-ın məlumatına görə, bu barədə RF Silahlı Qüvvələri Baş Qərargah rəisi Valeri Gerasimov görüşdən sonra jurnalistlərə bildirib.
Onun sözlərinə görə, rabitə və idarəetmənin təkmilləşdirilməsi məsələsinə xüsusi diqqət yetirilib.
Bundan əlavə, Komitə 2015-ci ilədək MDB ölkələri Silahlı Qüvvələrinin birgə tədbirlərinin planını razılaşdırıb.
V.Gerasimov qeyd edib ki, iclasda humanitar minatəmizləmə, geoməkan informasiya mübadiləsi və hərbi təyinatlı peyk rabitəsi sistemindən istifadəyə dair sazişlər təqdir edilib.
Bununla yanaşı Komitə üzvləri MDB ölkələrində HHM-in təminatı sahəsində elmi araşdırmalar mövzusuna, vahid radiolokasiya tanıtma sisteminin inkişaf konsepsiyasının inkişafına toxunublar.
Həmçinin Birləşmiş nəzarət sisteminin inkişafı, MDB ölkələri müdafiə nazirliklərinin radiasiya, kimyəvi və bioloji durumunun qiymətləndirilməsi məsələləri müzakirə edilib.
V.Gerasimovun fikrincə, Bakı iclası "MDB ölkələri Silahlı Qüvvələri Baş qərargahları arasında hərbi əməkdaşlığın genişləndirilməsi, inamın və qarşılıqlı anlaşmanın artırılması yolunda daha bir konkret addım oldu”.
.
