Bakıda maşın aşıb, 1 nəfər ölüb.
 
APA-nın DİN-in saytına istinadən verdiyi məlumata görə, avqustun 11-də saat 23 radələrində Qaradağ rayonunun Ələt qəsəbəsində qəsəbə sakini Müşfiq Haşımov idarə etdiyi "Nissan” markalı avtomobili aşırıb. Nəticədə onun sərnişini Vüsal Həsənov hadisə yerində ölüb.

Qaradağ RPİ tərəfindən araşdırma aparılır.
.