
Bakıda bir neçə ay əvvəl baş verən oğurluqda ittiham olunanlar həbs olunub.
Virtualaz.org Bakı Şəhər Baş Polis İdarəsinə istinadən xəbər verir ki, Nizami Rayon Polis İdarəsi Cinayət Axtarış Şöbəsinin əməkdaşları sentyabrın 28-i saat 20:00-dan 29-u saat 09:20-dək, Q.Qarayev prospektində yerləşən mebel mağazasından açar seçmə yolu ilə içərisində 55000 manat, oktyabrın 13-də saat 08:30 radələrində, B.Nuriyev küçəsində yerləşən mağazadan, pəncərənin dəmir barmaqlıqlarını sındırmaq yolu ilə içərisində 65.000 manat olan seyfləri oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakinləri - 1993-cü il təvəllüdlü Kərim Kubayeviç Kubayev və 1995-ci il təvəllüdlü Renat Məhərrəmovu tutublar.
.