Bakı şəhərinin Binəqədi rayonunda ümumi sahəsi 1260 m² (hər mərtəbəsi 420 m²) olan üçmərtəbəli tikilinin 2-ci mərtəbəsində ümumi sahəsi 80 m² olan avtomobil ehtiyat hissələrinin satışı mağazasının taxta üzlüyü, içərisində olan taxta rəflər, avtomobil ehtiyat hissələri və 1 ədəd kondisioner yanıb.
Bu barədə Fövqəladə Hallar Nazirliyinin (FHN) Mətbuat Xidmətindən məlumat verilib.
Bildirilib ki, tikilinin qalan hissəsi yanğından mühafizə olunub.
Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.
.