"Əmlak Bazarı İştirakçıları” İctimai Birliyi xəbər verir ki, noyabr ayında Bakının təkrar mənzil bazarında təklif həcmi əvvəlki ayla müqayisədə 3% azalıb, orta qiymət isə ötən ayla müqayisədə 0.4% artıb. Orta qiymət bir kvadratmetr üçün 1342 dollar təşkil edib.
Ötən ilin müvafiq dövrü ilə müqayisədə qiymət artımı 26.5% olub. Mənzilin orta qiyməti isə 118 569 ABŞ dolları səviyyəsində qərarlaşıb.
"Media forum” saytına verilən başqa məlumata görə, noyabr ayında 17 adda, 32 növdə tikinti materialı üzrə qiymətlərdə azalma olub. 6 adda 11 növdə məhsul üzrə qiymət artımı müşahidə edilib.
.
