Bakının Nərimanov rayonunda intihar hadisəsi baş verib. 
 
Yenizaman.az xəbər verir ki, Bakı şəhər sakini, 1978-ci il təvəllüdlü Həsən Vəliyev yaşadığı mənzildə özünü asaraq ölüb.
 
Daha bir intihar hadisəsi Şəmkir rayonunda baş verib. Rayon sakini, 1977-ci il təvəllüdlü Maisə Musayeva yaşadığı evdə özünü iplə asaraq ölüb. 

Maisə Musayevanın ruhi xəstə olduğu bildirilir. 

Hər iki faktla bağlı Cinayət Məcəlləsinin 125-ci (Özünü öldürmə həddinə çatdırma) maddəsi ilə cinayət işi başlanıb.

.