Bakıda kişi keçmiş həyat yoldaşını bıçaqlayıb.
Bakı şəhər Baş Polis İdarəsindən APA-ya verilən məlumata görə, hadisə sentyabrın 19-da Sabunçu qəsəbəsində qeydə alınıb.
Qəsəbə sakini Ceyhun Məmmədov mübahisə zəminində keçmiş həyat yoldaşı Rəsmiyyə Məmmədovaya bıçaq xəsarəti yetirib.
C.Məmmədov Sabunçu Rayon Polis İdarəsi 12-ci bölməsinin əməkdaşları tərəfindən tutulub.
.