Bakıda kafedə dava olub.

Report xəbər verir ki, hadisə Sabunçu rayonunda qeydə alınıb.

Belə ki, Sabunçu bazarının yaxınlığında yerləşən kafelərdən birində üç dost yeyib-içdikdən sonra dava ediblər. Nəticədə onlardan biri – Quliyev Taleh Elşad oğlu müxtəlif bədən xəsarətləri alıb. O, xəstəxanaya yerləşdirilib.

Fakt hüquq-mühafizə orqanları tərəfindən araşdırılır.
.