Fövqəladə Hallar Nazirliyinin Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə Bakı şəhəri, Xətai rayonunda 2 nəfərin intihar etmək məqsədi ilə çoxmərtəbəli binanın 14-cü mərtəbəsinin eyvanına çıxması barədə məlumat daxil olub.

FHN-in mətbuzt xidmətindən APA-ya verilən məlumata görə, dərhal Nazirliyin Xüsusi Riskli Xilasetmə Xidmətinin xilasediciləri hadisə yerinə cəlb olunaraq aparılmış psixoloji söhbət nəticəsində intihara cəhdin qarşısı alınıb.
Vətəndaşlar aidiyyəti üzrə təhvil veriliblər.
.