Bakıda intihara cəhd olub.
Qaradağ Rayon Prokurorluğundan  verilən məlumata görə, Lökbatan qəsəbəsi, Alim Şəfiyev küçəsi ev 13, mənzil 15 ünvanında yaşayan, 25 yaşlı Vəfa Vaqif qızı Quliyeva yaşadığı binanın 4-cü mərtəbəsindən özünü atıb. O, ağır xəsarətlərlə xəstəxanaya yerləşdirilib.
İlkin məlumata görə, V. Quliyeva həyat yoldaşı ilə dalaşdığı üçün bu addımı atıb.
Faktla bağlı araşdırmalar davam etdirilir.

Bakıda daha bir intihar hadisəsi də baş verib.
Binəqədi rayon Prokurorluğundan  verilən məlumata görə, hadisə rayonun Biləcəri qəsəbəsində qeydə alınıb. Qəsəbə sakini, 47 yaşlı Məmməd Abbas oğlu Abdullayev yaşadığı evdə özünü asıb. Onun özünə qəsd etməsinin səbəbləri hələlik məlum deyil.
Faktla bağlı cinayət işi başlanıb, araşdırma aparılır.(apa)

.