Bakı Atıcılıq Mərkəzində güllə atıcılığı üzrə beynəlxalq hakimlik kursları keçirilib.

Yenizaman Atıcılıq Federasiyasının mətbuat xidmətinə istinadən xəbər veri ki, beynəlxalq arenada peşəkar hakimlər yetişdirmək məqsədi ilə keçirilən kurslara Azərbaycan, Polşa, Pakistan və Estoniyadan olan hakimlər qatılıblar.

Kurs müddətində hakimlər seminarlarda iştirak edərək, 2025-ci ildə təsdiq olunmuş ISSF qaydaları ilə ətraflı tanış olub, daha sonra isə əldə etdikləri biliklər əsasında imtahandan keçiblər.

Qeyd edək ki, fevralın 20-dən 23-nə qədər keçirilən seminarlar və praktiki məşğələlər zamanı hakimlər biliklərini təkmilləşdirib, kursun sonunda isə imtahan verərək beynəlxalq sertifikat əldə ediblər.

.