Binəqədi rayon Polis İdarəsindən aldığımız məlumata görə, hadisə "Azadlıq prospekti” metro stansiyasının yaxınlığındakı kafedə qeydə alınıb.
İlkin məlumata görə, hadisəyə qaz sızması səbəb olub. Partlayış nəticəsində ölən və yaralananların olub-olmadığı hələlik məlum deyil.
***
Bakının Binəqədi rayonu ərazisində kafedə partlayış baş verməsi nəticəsində 13 saylı sərnişin avtobusuna ziyan dəyib. Avtobusun bir tərəfi tamamilə dağılıb. Hadisə nəticəsində 148 saylı sərnişin avtobusu da zərər görüb. Hadisə nəticəsində avtobusda olan bir sərnişin də yaralanıb.
***
Bakının Binəqədi rayonu ərazisində partlayış baş verən kafeyə Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin 2 yanğınsöndürən maşını çıxıb. Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinindən ANS PRESS-ə verilən məlumata görə, hadisə nəticəsində xəsarət alanların olduğu bildirilir. Bir sərnişinin qolu sındığı bildirilir. Hazırda hadisənin nə səbəbdən baş verdiyi araşırılır.
*** 11 : 05
Bu dəqiqələrdə aldığımız məlumata görə, Bakının "Azadlıq” metrostansiyasının yaxınlığında "Şahən-Şah” restoranında güclü partlayış baş verib. Hadisə yerində olan əməkdaşımızın verdiyi məlumata görə, hal hazırda partlayış baş verən əraziyə çoxsaylı Təcili və Təxirəsalınmaz Tibbi Yardım maşınları gəlib. Yaralananların oluduğu ehtimal edilir.
Hadisənin təfərrüatı haqda məlumat verəcəyik.
.
