Bakıda mağazadan oğurluq edən gənc qız tutulub. 9-cu Polis Bölməsinə müraciət edən 1088-ci il təvəllüdlü Rzayev Nicat Bəxtiyar oğlu Nizami küçəsi 42 ünvanında yerləşən "Zara" geyim mağazasında məsul vəzifədə çalışdığını deyib. N.Rzayev qeyd edib ki, mağazadan oğurluq edən Quba rayon sakini, 1993-cü il təvəllüdlü Mirzəyeva Xatirə Fəxrəddin qızını cinayət başında yaxalayıb.
N.Rzayev 22 yaşlı qızı istintaqa təqdim edib.
Bildirilir ki, oğurluq edən qız elə həmin mağazada işləyirmiş. O, geyim əşyaları oğurlayarkən yaxalanıb. (Lent.az)
.