Bakıda ölümlə nəticələnən yol qəzası baş verib. Daxili İşlər Nazirliyi xəbər verir ki, yanvarın 21-də saat 13 radələrində Qaradağ rayonunun Ələt qəsəbəsində Sumqayıt şəhər sakini Pərvanə Səlimovanın idarə etdiyi "Hyundai” və Lənkəran rayon sakini Mahir Qasımovun idarə etdiyi "Nissan” markalı avtomobillər toqquşub. Nəticədə M.Qasımovun sərnişini, arvadı İlhamə Qasımova xəstəxanaya yerləşdirilib və orada ölüb.
BDYPİ tərəfindən araşdırma aparılır.
Lent.az
.