Bakıda baş verən yol qəzasında yanaraq ölən şəxslərin kimliyi məlum olub.
APA-nın əldə etdiyi məlumata görə, Zığ şossesində "KİA” və "VAZ-2107” markalı avtomobillərin toqquşması nəticəsində "VAZ-2107”-də yanaraq ölən şəxslərin avtomobilin sürücüsü - 1973-cü il təvəllüdlü Quliyev Gülağa Məhərrəm oğlu, həmin avtomobildə olan sərnişinlər – 1973-cü il təvəllüdlü Sadıqov Elçin Səbbar oğlu və onun qardaşı, 1968-ci il təvəllüdlü Sadıqov Namiq Səbbar oğlu olduqları müəyyən edilib.
***
Bu gün səhər saatlarında Bakı şəhərinin Suraxanı rayonu ərazisində - Zığ şosesində baş vermiş dəhşətli qəzada ölən şəxslərin kimliyi müəyyənləşib. Lent.az-ın əldə etdiyi məlumata görə, "KİA Cerato" markalı avtomobilin "VAZ 2104" markalı avtomobilə arxadan çırpılması nəticəsində ikinci nəqliyyat vasitəsi partlayaraq yanıb və avtomobildə olan 3 nəfər: Quliyev Gülağa Məhərrəm oğlu, Namiq və Elçin adlı şəxslər vəfat edib.
Şəxsiyyətləri hələlik tam müəyyənləşməmiş Namiq və Elçinin qardaş olduğu bildirilir.
Araşdırma aparılır.
.
