Bakıda baş verən qəzada xəsarət alan şəxslərin adları məlum olub.
3 saylı Şəhər Klinik XəstəxanasındanAPA-ya verilən məlumata görə, qəza nəticəsində Aloş Bağırov, Elvin Əsgərzadə və Rəcəb Hümbətov xəsarətlə xəstəxanaya yerləşdiriliblər.
Xəstəxanadan həmçinin bildirilib ki, hər üç şəxsin vəziyyəti ağırdır.
***
saat 17.16
Bakıda avtomobildə baş verən yanğın söndürülüb. APA-nın hadisə yerində olan əməkdaşının verdiyi məlumata görə, yanğın "Mercedes” markalı, 10 ON 990 dövlət nömrə nişanlı avtomobildə qeydə alınıb. Həmin avtomobil şəhər istiqamətində hərəkətdə olarkən idarəetməni itirib və yol kənarındakı dirəyə çırpılıb. Nəticədə maşın iki yerə bölünüb və avtomobildə yanğın başlayıb. Hadisə yerinə gələn yanğınsöndürənlərin səyi nəticəsində yanğının qarşısı alınıb.
Hadisə yerində araşdırma aparan Sabunçu rayon Polis İdarəsinin müstəntiqi Hikmət VəliyevAPA-ya bildirib ki, hadisə zamanı avtomobildə olan iki nəfər xəsarət alıb və onlar xəstəxanaya yerləşdiriliblər.
Faktla bağlı araşdırmalar davam etdirilir.
