Nəsimi rayonu ərazisində ayrı-ayrı vətəndaşların etibarından sui-istifadə edərək onların ümumilikdə 1500 manatının ələ keçirilməsi barədə polisə məlumatlar daxil olub.

Bu barədə DİN məlumat yayıb.

Bildirilib ki, polis əməkdaşlarının keçirdikləri tədbirlərlə əməlləri törətməkdə şübhəli bilinən 62 yaşlı Y.İsmayılov, 23 yaşlı S.Kişiyeva və E.Ələkbərov müəyyən olunaraq saxlanılıblar.

Araşdırmalarla onların işə düzəltmək vədi ilə, eləcə də alqı-satqı saytlarının birində yerləşdirilən məhsula görə beh almaq kimi üsullarla vətəndaşların maddi vəsaitlərini mənimsəməsi məlum olub.

Bundan başqa rayon ərazisində bir qadının bankomatda unutduğu 300 manatını oğurlamaqda şübhəli bilinən 39 yaşlı S.İbrahimovanın saxlanılması da polis əməkdaşları tərəfindən təmin edilib.

Araşdırmalar aparılır.

.