Bu gecə paytaxtda 2 nəfərin ölümü ilə nəticələnən dəhşətli yol qəzası baş verib.
Binəqədi Rayon Polis İdarəsindən Lent.az-a verilən məlumata görə, Binəqədi-Balaxanı yolunda Rasim Şahverdiyevin idarə etdiyi "Opel Vectra" Ənvər Hüseynovun sürdüyü "Kraz" markalı yük maşınına çırpılıb. Nəticədə minik avtomobilində olan sərnişinlər- 1952-ci il təvəllüdlü Əzizova Maral İslam qızı və Ağayev Mirrasim Ağa oğlu hadisə yerində vəfat edib. Sürücü isə ağır xəsarət alıb.
Faktla bağlı cinayət işi açılıb,müvafiq ekspertizalar təyin edilib.
