Azərbaycanın hüquq-mühafizə orqanları "World Vision İnternational” təşkilatının bank hesablarına həbs qoyub.
Bu məlumat virtualaz.org saytına hüquq-mühafizə orqanlarındakı mənbələrdən daxil olub.
Qeyd edək ki, "World Vision İnternational” təşkilatının Bakı nümayəndəliyinin ofisi paytaxtın Nizami ("Torqovı”) küçəsi, 92 ünvanında yerləşir.
1950-ci ildə ABŞ-da yaradılan "World Vision İnternational” yevangelist xristian kilsəsinin dini və qeyri-kommersiya təşkilatıdır. Bu qurum zahirən humanitar yardım göstərmək məsələləri ilə məşğuldur. Onun llik büdcəsi 3 milyard dollara yaxındır.
"World Vision İnternational” Azərbaycana 90-cı illərdə ayaq açıb. Bu təşkilat o zamankı hüquqi nihilizmdən və ideoloji boşluqdan sui-istifadə edərək 1994-cü il, avqustun 19-da dövlət qeydiyyatından da keçib. Onun Azərbaycandakı nümayəndəliyinin ilk rəhbəri Gürcüstan vətəndaşı Georgi Devidze idi.
Təşkilatın Azərbaycan nümayəndəliyi 2004-2014-cü illər ərzində 6 qrant sazişi əsasında 1,8 milyon manat vəsait alıb. Həmin pulların çoxu məhz son illər - 2012-2014-cü illərdə daxil olub. Qərb fondlarının əksəriyyəti Azərbaycan hakimiyyətinin rəqiblərini məhz bu dövrdə fəal şəkildə maliyyələşdirməyə başlayıb.
.