Bu gün günorta saatlarında Bakıda - Qala yolunda mikroavtobus "Jiquli” markalı avtobusla toqquşub.

Səhiyyə Nazirliyindənverilən məlumata görə, hadisə yerinə təcili-tibbi yardım çağırılıb.

Qəza nəticəsində xəsarət alan 6 nəfər Bakı Şəhər 3 saylı Klinik Xəstəxanaya gətirilib. Onlardan biri elə xəstəxanaya gətirilən kimi, biri isə əməliyyata başlayan zaman dünyasını dəyişib. Qalan 4 şəxs isə hazırda xəstəxanada müalicə olunur.

Trend.az

.