Nizami rayon Polis İdarəsinin 24-cü Polis Bölməsindən virtualaz.org-a verilən məlumata görə, hadisə bu gün rayonun R.Rüstəmov küçəsi ev 4, mənzil 46 ünvanında qeydə alınıb. Həmin ünvanda yaşayan Fərid Abbasovun üzərində çoxsaylı xəsarətləri olan meyiti aşkar edilib. Məlumata görə, Fərid Abbasov sahibkarlıq fəaliyyəti ilə məşğul olub.
Hadisə yerində Nizami rayon Polis İdarəsi və rayon Prokurorluğunun əməkdaşlarından ibarət əməliyyat qrupu çıxıb.
Hazırda hadisənin baş vermə səbəbləri və qətli törədən şəxslərin müəyyənləşdirilməsi istiqamətində istintaq-əməliyyat tədbirləri davam etdirilir.
Faktla bağlı Nizami rayon Prokurorluğu tərəfindən cinayət işi başlanıb.
.
