Hadisə şahidlərinin verdikləri məlumata görə, yanğın "Uğur-2” yaşayış kompleksinin 3-cü binasında, 18-ci mərtəbədə yerləşən mənzildə güclü başlayıb.
Əraziyə bir neçə yanğınsöndürən maşın gəlib.
Binanın sakinləri həyəcan içərisində evlərini tərk ediblər.
***
Bakıda yaşayış binasında yanğın başlayıb.
Sabunçu Rayon Polis İdarəsindən APA-ya verilən məlumata görə, hadisə Yavər Əliyev küçəsində yerləşən 16 mərtəbəli binada qeydə alınıb.
Hazırda yanğının söndürülməsi istiqamətində tədbirlər görülür.
.
