Bakı şəhəri, Yasamal rayonunda yerləşən 12 mərtəbəli yaşayış binasının son mərtəbəsində yanğın başlayıb. Küləyin təsiri ilə yanğın güclənib.
Bakıda yanğın baş verən bina Bakı Dövlət Universitetinin müəllimlərinin yaşadığı binadır.
Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin canlı qüvvə və texnikası hadisə yerinə cəlb olunub. Yanğının söndürülməsi istiqamətində işlər davam etdirilir. Yanğının səbəbi hələki məlum deyil.Əlavə məlumat veriləcəkdir.
Hadisə yerindən fotoları təqdim edirik:



