Paytaxtın Nərimanov rayonu ərazisində -A.M.Cümə küçəsi 1956-cı məhəllədə yerləşən çay evlərindən birinin sahibi öz işçisini zorlayıb.
Musavat.com xəbər verir ki, zorlanan Lənkəran rayon sakini, 1982-ci il təvəllüdlü Gözəl Alıyeva (ad şərtidir) polisə müraciət edib. O, hadisənin 2 ay əvvəl baş verdiyini deyib.
Qadın şikayətində ona qarşı zorakılıq edənin Hikmət adlı şəxs olduğunu deyib.
Nərimanov Rayon Polis İdarəsində bu şikayətlə bağlı araşdırmalara başlanıb.
.
