
Ağasadıq Gəraybəyli küçəsində köhnə səki daşlarının dəyişdirilməsi də nəzərdə tutulub. Yol boyu zəruri olan yerlərdə təqribən 950 paqon-metr yeni səki daşı düzüləcək. Bundan başqa təmir işləri zamanı zəruri olan yerlərdə səth sularının normal kənarlaşdırılması üçün yağış-kanalizasiya sistemi qurulacaq, yağış barmaqlıqları yerləşdiriləcək, kommunikasiya xətlərinin dəmir-beton plitələri qaldırılaraq, baxış qapaqları dəyişdiriləcək.
Nəqliyyat Nazirliyi və "Azəryolservis” ASC rəhbərliyinin nəzarəti altında aparılan təmir işlərinin vaxtında yekunlaşdırılması üçün əraziyə lazımı sayda canlı qüvvə və texnika cəlb olunub. Küçədə təmir işləri aparılan müddət ərzində nəqliyyat vasitələrinin hərəkəti hissə-hissə mədudlaşdırılacaq. Bu üzdən yaranmış müvəqqəti narahatlığa görə, Nəqliyyat Nazirliyi "Azəryolservis” ASC üzr istəyir və sürücülərdən aparılan işlərə anlayışla yanaşmalarını xahiş edir..