Bakının Yasamal rayonunda bıçaqlanma hadisəsi baş verib.

Hadisə metronun “Nizami” stansiyasının qarşısındakı parkda qeydə alınıb.

Belə ki, paytaxt sakini 1958-ci il təvəllüdlü Babayev Oqtay Muxtar oğlu pul borcu olduğu şəxslə mübahisə edib.

Mübahisə zamanı O.Babayev bıçaqlanıb.

Yaralı bədənin müxtəlif sahələrinin kəsilmiş-deşilmiş xəsarətləri ilə xəstəxanaya yerləşdirilib.

Faktı Yasamal Rayon Polis İdarəsinin əməkdaşları araşdırırlar.

.