Bakı şəhəri, Suraxanı rayonunun Hövsan qəsəbəsində başına sellofan torba keçirilmiş 50-55 yaşlı qadın meyiti tapılıb.

"Report”un xəbərinə görə, hadisə yerinə cəlb olunan huquq-mühafizə orqanlarının əməkdaşları meyiti müayinə edən zaman qadının boğularaq qətlə yetirildiyini aşkar ediblər.

Araşdırma zamanı qadının şəxsiyyəti müəyyənləşdirilib. Məlum olub ki, bu, 1963-cü il təvəllüdlü Anjelika Vasilyevna Morozovadır.

Faktla bağlı Suraxanı Rayon Prokurorluğunda araşdırma aparılır.
.