Klinik Tibbi Mərkəzin toksikologiya şöbəsinin müdiri Azər Maqsudov Yeni Günəşlidə bir ailənin zəhərlənməsi ilə bağlı Teleqraf.com-a aqçıqlama verib. 

 

Şöbə müdiri bildirib ki, xəstəxanaya yerləşdirilən ailə üzvləri artıq evə buraxılıb: "Xəstəxanaya yerləşdirilənlərin vəziyyətləri ciddi deyildi. Ailə üzvlərindən 4 nəfərə xəstəxanaya gələn zaman ilkin tibbi yardım göstərildi və həyatlarına heç bir təhlükə olmadığı üçün evə buraxıldılar. Amma Xatirə Seyidova yüngül dərəcəli zəhərlənmə ilə bağlı 1 gün xəstəxanada qaldı. Səhərə kimi qulluq edildi, artıq o da evə buraxılıb”.

 

Azər Maqsudovun sözlərinə görə, ailə başçısı olan Heydər Seyidov xəstəxanaya gətirlməyib: "O, zəhərlənmədən hadisə yerində ölüb". 

 

Həkim zəhərlənmənin hansı şəraitdə baş verməsindən xəbərsiz olduğunu deyib.

 

***

 

Fevralın 20-də Suraxanı rayonunun Yeni Günəşli qəsəbəsində yaşayan Heydər Seyidovun evində özü, anası Vəsilə, qardaşı Elmar, bacısı Pərvanə, arvadı Xatirə, azyaşlı oğlu İbrahim dəm qazından zəhərləniblər.

 

Teleqraf.com DİN-in saytına istinadla xəbər verir ki, nəticədə Heydər Seyidov ölüb, digərləri xəstəxanaya yerləşdiriliblər.


.