
Oktyabrın 10-da Bilgəh qəsəbəsi, Üzeyir Hacıbəyov küçəsindəki marketə basqınla bağlı bəzi maraqlı məqamlar məlum olub.
Sabunçu Rayon Polis İdarəsindən vesti.az-a verilən məlumata görə, araşdırmalar zamanı istintaq qrupu cinayətdə nardaranlı balıqçıların əli ola biləcəyini ehtimal edir. Çünki bankomatın partladılması zamanı istifadə olunan avadanlıqlar adətən balıqçılara məxsus olur.
Digər tərəfdən, bankomatdan 384 manat oğurlandığı deyilsə də, məlum olub ki, cinayətkarlar bankomatdan 491 manat pul götürüb.
Cinayətkarlar bir gün tələsib. Beynəlxalq Bank bankomata hadisənin səhəri pulu yerləşdirəcəkmiş. Cinayətkarla bankomatın salamat qalan müşahidə kamerasına düşsə də, avtomobilin dövlət nömrə nişanının kameraya düşməməsi istintaqın işini bir qədər çətinləşdirir.
Bundan başqa, 14-cü polis bölməsindən verilən bir başqa xəbərə görə, bir il bundan əvvəl, üç naməlum əliavtomatlı şəxs şəxs həmin ərazidə mağazanı qarət edib. Həmin cinayətin də üstü açılmayıb. Güman edilir ki, bu cinayəti də bankomatı partladan şəxslər soyub.
Maskalı və silahlı şəxslər Üzeyir Hacıbəyov küçəsində yerləşən Azərbaycan Beynəlxalq Bankına məxsus bankomatı partladaraq orada olan pulu da götürüb hadisə yerindən qaçıblar.
Baş vermiş hadisə ilə bağlı əməliyyat qrupu yaradılıb. Hazırda hadisəni törədən şəxslərin müəyyən edilərək tutulması istiqamətində əməliyyat-axtarış tədbirləri davam etdirilir. Bakının Bilgəh qəsəbəsində, Qocalar evinin yaxınlığında yerləşən bankomatda partlayış baş verib.
Şahidlərin verdikləri məlumata görə, hadisə ötən gecə qeydə alınıb. Hazırda partlayış baş verən ərazi hüquq-mühafizə orqanlarının nəzarətinə götürülüb.
Partlayışın hansı səbəbdən baş verdiyi araşdırılır. Hadisə şahidləri, həmçinin ölən və xəsarət alanların olmadığını bildiriblər.
.