Dünən 18 yaşlı Cəfər Elyazov "Xaski" cinsindən olan iti ilə gündüz vaxtı gəzərkən Nizami rayonu, Qara Qarayev prospektində iki naməlum şəxs onun qarşısını kəsib. Onlar Cəfərin qolunu buraraq bıçaqla hədələyib və iti əlindən alıblar.
Milli.az-ın məlumatına görə, Nizami Rayon Polis İdarəsindən bildirilib ki, C.Elyazovun şikayəti əsasında axtarış tədbirləri aparılır. Ancaq hələlik itdən və iti aparanlardan xəbər yoxdur.
Qeyd edək ki, "Xaski"nin qiyməti 500-600 AZN civarındadır.
.
