Övladına fiziki şiddət göstərən ata polis əməkdaşları tərəfindən saxlanılıb.

Bu barədə açıqlamasında Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin mətbuat xidmətinin rəhbəri Teymur Mərdanoğlu deyib. O bildirib ki, ataya 128-ci maddə ilə cinayət işi açılıb: "Uşaq və ananın təhlükəsizliyi təmin olunub" .

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin əməkdaşı, polis mayoru Anar Qafarov  bildirib ki, görüntülər araşdırılıb: "Əməlin Bakı şəhəri Türkan qəsəbəsi sakini 1983-cü il təvəllüdlü Elnur Məmmədov tərəfindən törədildiyi müəyyən olunub. Fakta görə Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanılıb. E.Məmmədov şübhəli şəxs qismində saxlanılıb. Araşdırmalar davam etdirilir".

.