Bakının Xətai rayonunda azyaşlı qıza qarşı seksual xarakterli hərəkətlər olub. Teleqraf.com xəbər verir ki, Bakı şəhər sakini Samirə Əliyeva (ad və soy ad şərti verilib) Xətai rayon Polis İdarəsinin 36-cı polis bölməsinə müraciət edərək azyaşlı qızının zorlandığını bildirib. Zorlama faktı ilə bağlı 36-cı polis bölməsində araşdırma başlayıb. Seksual xarakterli hərəkətlər edən kişinin müəyyən edilməsi üçün əməliyyat tədbirləri görülür.
.