Azərbaycan, Türkiyə və Qazaxıstan Xarici İşlər və Nəqliyyat sahəsi üzrə məsul nazirlərin birinci üçtərəfli görüşü başa çatıb.

Azərbaycan, Türkiyə və Qazaxıstan Xarici İşlər və Nəqliyyat sahəsi üzrə məsul nazirlərin ilk üçtərəfli görüşünün yekununda Bakı Bəyannaməsi imzalanıb.

Qeyd edək ki, iclasda Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov, Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu, Qazaxıstanın xarici işlər naziri Muxtar Tleuberdı, Azərbaycan Rəqəmsal və Nəqliyyat naziri Rəşad Nəbiyev, Türkiyə Sənaye və Texnologiya naziri Mustafa Varanklı, Qazaxıstan Sənaye və İnfrastrukturun İnkişafı naziri Kairbek Uskenbayev iştirak edib.

***

Bakıda Azərbaycan, Türkiyə və Qazaxıstan xarici işlər və nəqliyyat sahəsi üzrə məsul nazirlərinin birinci üçtərəfli görüşü keçirilir.

Iclasda Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov, Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu, Qazaxıstanın xarici işlər naziri Muxtar Tleuberdı, Azərbaycanın rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev, Türkiyənin nəqliyyat və infrastruktur naziri Adil Karaismailoğlu, Qazaxıstanın sənaye və infrastrukturun inkişafı naziri Kairbek Uskenbayev iştirak edir.

İclas başlamazdan öncə nazirlər birgə foto çəkdiriblər.

.