Azərbaycanla Avropa İttifaqı arasında təşkil ediləcək III biznes-foruma hazırlıq gedir.
Bunu Aİ-nın Azərbaycandakı nümayəndəliyinin rəhbəri, səfir Kestutis Yankauskas deyib.
Onun sözlərinə görə, tədbir iyunun 5-də Bakıda keçiriləcək.
"Belə biznes-forumların təşkil edilməsi iş adamlarının bir-birini daha yaxından tanıması üçün mühümdür. Çünki forum biznes əlaqələrini təşviq edir. Xeyli sayda qonaq gözləyirik", - deyə o, qeyd edib.
.
