
Bakıda yol qəzasında 7 yaşlı uşaq ölüb.
Hadisə Sabunçu rayonu Zabrat qəsəbəsində qeydə alınıb.
1992-ci il təvəllüdlü Tural Sədi oğlu Süleymanov qucağında oğlu 2018-ci il təvəllüdlü Usamə ilə BMW markalı avtomobilə oturub yaşadığı evin həyətində idarə etdikdə uşaq sürüşüb sürət pedalına sıxıldığından avtomobil hasara dəyib.
Azyaşlı hadisə yerində ölüb.
Faktla bağlı cinayət işi başlanılıb.
.