2 avqust saat 23:20 radələrində ADY-na məxsus elektovoz Qala-Binə mənzilində hərəkətdə olarkən dövlət qeydiyyat nişanı 77-FV-520 olan "Hyundai Elantra" markalı avtomobil dəmiryol keçidini keçməyə cəhd edib.
Bu barədə Azərbaycan Dəmir Yolları QSC-dən məlumat verilib.
Qeyd olunub ki, maşinist tərəfindən təcili tormozlanma aparılsa da tormoz məsafəsi az olduğundan toqquşma qaçılmaz olub. Hadisə nəticəsində xəsarət almış sürücü və 1 sərnişin təcili tibbi yardım briqadasının köməyi ilə xəstəxanaya çatdırılarkən sürücü yolda dünyasını dəyişib.
"ADY olaraq bir daha nəqliyyat vasitələri sürücülərini Azərbaycan Respublikasının "Yol-Hərəkəti haqqında" qanunun 44-cü maddəsinin tələblərinə ciddi riayət etməyə, dəmir yolu keçidlərinə yaxınlaşarkən yüksək sayıqlıq göstərməyə və keçidin qatardan boş olduğuna tam əmin olduqdan sonra hərəkətlərini davam etdirməyə çağırırıq".
Qeyd edək ki, sürücülərin yol-hərəkəti haqqında Qanunun tələblərini kobud pozması nəticəsində cari ildə keçidlərdə 18 hadisə baş vermiş, 6 nəfər xəsarət almış , 3 nəfər isə dünyasını dəyişib. Ötən ilin eyni dövrü ərzində isə dəmiryolu keçidlərində 12 hadisə baş vermiş, 4 nəfər xəsarət almış, 1 nəfər isə həlak olmuşdur.
Xatırladaq ki, Аzərbаycаn Rеspublikаsının İnzibаti Хətаlаr Məcəlləsində edilmiş dəyişikliklərə əsasən dəmiryol keçidlərindən keçmə qaydalarının pozulması, nəqliyyat vasitələrinin dəmir yollarını dəmiryol keçidlərindən kənar yerlərdən keçməsinə görə sürücülərə
.