Dünən axşam "Sədərək TM"-dən "Koroğlu" metrosu istiqamətində hərəkət edən "211" saylı avtobusda bıçaqlanma hadisəsi baş verib.
Bu haqda şahidlərdən biri atvxeber.az-a videomaterial göndərib.
Şahidlərin bildirdiyinə görə, hadisənin səbəbi sürücü ilə sərnişinin gedişhaqqı üstündə mübahisə etməsi olub. Əsəbiləşən sərnişin sürücünü bıçaqlayaraq avtobusu tərk edib. Yaralı halda olan sürücüyə kömək üçün təcili yardım çağırıblar.
Hadisənin videosunu təqdim edirik:

.