
Bu gecə saat 3 radələrində Bakının Nizami rayonu ərazisində dəhşətli qətl hadisəsi baş verib.
Aznews.az xəbər verir ki, qara rəngli 10 VM 006 nömrə nişanlı "Lexus” markalı maşını idarə edən şəxs markası hələlik bilinməyən maşının (nömrəsi -333) sürücüsünü güllələyib. 8 güllə yarası alan şəxs keçinib.
Güllə səslərinə gələn Post Patrul Xidmətinin əməkdaşları hadisə yerindən qaçmağa başlayan sürücünü təqib etməyə başlayıblar. O, Sabunçu ərazisində idarəetməni itirərək, "Chevrolet” markalı maşına çırpılıb və avtomobilini aşırıb.
Məlumata görə, "Lexus”un sürücüsü ağır yaralandığı üçün 1 saylı Kiliniki Tibbi Mərkəzə (Semaşka) yerləşdirlib.
.
İbrahimov Nadir 1 saylı Kiliniki Tibbi Mərkəzə (Semaşka) çatdırılsa da dünyasını dəyişib.
Hadisə barədə əlavə məlumatlar verəcəyik.