
Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində atasını baltalarayaq öldürən Bakı şəhər sakini, 1997-ci il təvəllüdlü Şamil Rzayevin işi üzrə məhkəmə prosesi başlayıb.
Lent.az-ın məlumatına görə, hakim Eldar İsmayılovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsin anket məlumatları dəqiqləşdirilib.
Məhkəməyə baxış dekabrın 11-ə təyin edilib.
Qeyd edək ki, olay bu il mayın 10-da Türkan qəsəbəsi, Üzümçülük sovxozunda baş verib. Şamil Rzayev yaşadığı evdə münaqişə zəmnində atası, 1972-ci il təvəllüdlü Qalib Nəsu oğlunun baş nahiyəsinə üç dəfə balta ilə vuraraq qətlə yetirib.
.