Fövqəladə Hallar Nazirliyinin Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə Bakı şəhəri, Yasamal rayonunda mənzildə 1 nəfərin bağlı qapı arxasında köməksiz vəziyyətdə qalması barədə məlumat daxil olub.
Virtualaz.org FHN-in mətbuat xidmətinə istinadən xəbər verir ki, Xüsusi Riskli Xilasetmə Xidmətinin qüvvələri hadisə yerinə cəlb olunaraq mənzilin qapısını açmış və 1928-ci il təvəllüdlü Amirova Yelena Fyodorovnanın meyitini aşkar edərək aidiyyəti üzrə təhvil veriblər.
Əməliyyat saat 21:26-da başa çatıb.
.
